Bu ölkədə Omikron ştammının yeni mutasiyası müəyyən edilibbackend

Bu ölkədə Omikron ştammının yeni mutasiyası müəyyən edilib

Braziliyada Omikron ştammının yeni mutasiyası müəyyən edilib.

KONKRET.az xəbər verir ki, yerli “Folha de S.Paulo” qəzetinin məlumatına görə, Braziliyalı epidemioloqlar koronavirusun yeni növ omikron ştammını müəyyən ediblər.

Nəşrin yazdığına görə, söhbət beynəlxalq Gisaid məlumat bazasında olmayan “omicron” BA.1 və BA.2-nin birləşdirilmiş versiyasının mutasiyasından gedir.

Yeni ştamm fevralın 16-da Sao Pauloda üç yaşlı uşaqda tapılıb. Eyni zamanda, elm adamları qeyd edirlər ki, indiyə qədər “omikronun” yeni tamhüquqlu rekombinasiyasının yaranması haqqında danışmaq üçün heç bir əsas yoxdur, çünki bunun üçün müvafiq mutasiya ən azı beş nümunədə təsdiqlənməlidir.

Braziliyada BA.2 “omikron” variantı SARS-CoV-2-nin üstünlük təşkil edən variantı olaraq qalır və bütün infeksiyaların təxminən 70%-ni təşkil edir.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*