Bu ölkədə ömürlük cəzası olan məhkumların sayı artır – Yeni həbsxanalar tikiləcəkbackend

Bu ölkədə ömürlük cəzası olan məhkumların sayı artır – Yeni həbsxanalar tikiləcək

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Tacikistan hökuməti respublikada Cəza İslahatı Strategiyasını təsdiqləyib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələi üzrə bürosu xəbər verir ki, iyulun 10-da imzalanan sənəddə deyilir ki, strategiya ölkədəki həbsxanalarda vəziyyətin yaxşılaşdırılmasına yönəlib. Dəyişikliklər, xüsusən məhkumların yaşayış şəraitinə, xidmət etdikləri müddətdə işlə təmin olunmasına və təhlükəsizliyi təmin edən işçilərin sayının artmasına təsir edəcək.

Tacikistan həbsxanalarının əsas çatışmazlıqlarından biri də lazımi şəraitli müasir binaların olmamasıdır. Məhkumların saxlandığı binaların ərazisinin standartlara cavab vermədiyi və həddindən artıq çox olduğu qeyd olunur. Respublikanın bir çox qapalı müəssisələri 1930-1950-ci illərdə tikilib və yenidən qurulmur. Bununla yanaşı, respublikada ömürlük cəzası olan məhkumların sayı artır. Bu kateqoriyalı məhkumlar üçün ayrıca bir həbsxana inşa etmək lazımdır. Strategiyada eyni zamanda ilk dəfə məhkum edilmiş şəxslərin və təkrar cinayət törədənlərin ayrıca tutulması da nəzərdə tutulur.

Məhkumların işlə təmin olunması məsələsi hələ də öz həllini tapmayıb. Onların yalnız 20% -i işlə təmin olunur, çünki qapalı müəssisələrdə istehsalat emalatxanalarının hamısı tam fəaliyyət göstərmir. Məhkumların köhnəlmiş avadanlıqlarda istehsal etdikləri məhsullar bazarda rəqabət apara bilməz.

Tacikistan hökuməti hesab edir ki, məhkumların əksəriyyəti işlə təmin olunarsa, həbsxanaların maddi bazası və təminatı yaxşılaşacaq.

Strategiya Tacikistandakı həbsxanalarda kadr çatışmazlığına da diqqət yetirir. Belə ki, bir nəzarətçiyə 150-200 məhkum var – bu vəziyyətdə, nəzarətçilər öz vəzifələrini lazımınca yerinə yetirə bilmirlər, məhbuslar arasında narahatlıq riski artır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*