Bu ölkədə “TikTok” QADAĞAN EDİLDİbackend

Bu ölkədə "TikTok" QADAĞAN EDİLDİ

Kanadanın İnnovasiya, Elm və Sənaye naziri Francois-Philippe Champagne Çin sosial media platforması “TikTok” ilə bağlı açıqlama verib.

KONKRET.az xəbər verir ki, Milli.Az-ın məlumatına görə, nazir Francois-Philippe Champagne “təhlükəsizlik risklərini” əsas gətirərək “TikTok”un kommersiya fəaliyyətinin qadağan ediləcəyini, həmçinin Toronto və Vankuverdəki ofislərinin bağlanacağını açıqlayıb.

Kanada vətəndaşlarının tətbiqdən istifadə etməyə və məzmun istehsal etməyə davam edə biləcəyini ifadə edən Francois-Philippe Champagne, “Vətəndaşların kiber təhlükəsizliklərinə diqqət yetirmələri və sosial media tətbiqlərindən istifadənin potensial risklərini qiymətləndirmələri vacibdir” bildirib.

Qeyd edək ki, may ayında Kanada Təhlükəsizlik Kəşfiyyatının (CSIS) direktoru David Vigneault “TikTok” sosial media platformasının Çin hökuməti üçün bir məlumat kanalı olduğunu əsas gətirərək istifadə edilməməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*