Bu ölkədə yenidən güclü ZƏLZƏLƏ oldubackend

Bu ölkədə yenidən güclü ZƏLZƏLƏ oldu

İndoneziya sahillərində 6,0 maqnitudalı zəlzələ qeydə alınıb.

KONKRET.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələnin episentri Sulavesi adasındakı Palu şəhərindən 128 kilometr şimalda yerləşib. Şəhərdə təxminən 282 min nəfər yaşayır. Zəlzələnin ocağı 35 kilometr dərinlikdə olub.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Qeyd edək ki, bu, sutka ərzində adada qeydə alınan artıq üçüncü zəlzələdir. Daha əvvəl İndoneziya sahillərində 7,7 və 6,8 maqnitudalı iki zəlzələ nəticəsində 47 nəfərin öldüyü bildirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*