Bu ölkədən Trampa dəstək: “Hörmüz”ə ordu göndərildibackend

Bu ölkədən Trampa dəstək: "Hörmüz"ə ordu göndərildi

İtaliya Hərbi Dəniz Qüvvələrinə məxsus iki minaaxtaran gəmi əvvəlcə Şərqi Aralıq dənizinə, daha sonra isə Hörmüz boğazına daha yaxın olmaq məqsədilə Qırmızı dənizə göndəriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Quido Krozetto parlamentin hər iki palatasının xarici işlər və müdafiə komitələrinin birgə iclasında çıxışı zamanı məlumat verib.

Nazirin sözlərinə görə, əgər regionda sülh sazişi əldə olunarsa, müttəfiq ölkələrin bölmələrinin Fars körfəzinə çatması təxminən bir ay dəniz səfəri tələb edəcək.
Krozetto bu addımların

“Mediterraneo Sicuro” və “Aspides” kimi mövcud missiyalar çərçivəsində həyata keçirildiyini bildirib.
İtaliyanın xarici işlər naziri və baş nazir müavini Antonio Tajani isə bunun Fars körfəzi üçün yeni hərbi missiya olmadığını vurğulayıb.

Onun sözlərinə görə, İtaliya sülhə sadiqdir və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə yönəlmiş beynəlxalq koalisiyada iştirak yalnız regionda döyüşlərin dayandırılmasından sonra mümkün ola bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*