Bu rayonda küçələr boş qalıb – ŞOK SƏBƏBbackend

Bu rayonda küçələr boş qalıb – ŞOK SƏBƏB 

Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda havanın temperaturu 49 dərəcəyə yüksəlib.

KONKRET.az xəbər verir ki, dəhşətli istilər səbəbindən günorta saatlarında küçə və prospektlər demək olar ki, tamamilə boş qalıb.

Türkiyədə ən yüksək hava temperaturunun qeydə alındığı məkanlardan biri olan Cizrədə sakinlər günün ən isti saatlarında evdən çıxmamağa üstünlük verir, yalnız axşam saatlarında küçələrdə hərəkətlilik müşahidə olunur.

Dönər ustası Sipan Kümür bildirib ki, şərait olduqca ağırdır:

“Çöldə hava 49 dərəcədir, işlədiyimiz mətbəxdə isə temperatur 80 dərəcəyə çatır. Dönərin istisinə alışmışıq, amma Cizrənin istisinə hələ də öyrəşə bilməmişik. Belə havada çalışan hər kəsə Allah kömək olsun”.

Digər dönər ustası Serdar Elçin isə güclü istilərin kondisionerlərin fəaliyyətinə də mənfi təsir göstərdiyini deyib:

“Sərinləmək üçün kondisionerdən istifadə edirik. Göründüyü kimi, salon tipli kondisionerimiz işləyə bilmir. Əslində, iş yerimizdə ən azı dörd kondisioner olmalıdır. Ancaq havanın həddindən artıq isti olması səbəbindən onlar da effektiv işləmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*