Bu şəxslərə 190 manat verilmədi – Ətraflıbackend

Bu şəxslərə 190 manat verilmədi - Ətraflı

İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəməni (190 manat) almaq məqsədilə müraciət edənlərdən 20 min şəxsin adında iki və daha çox daşınmaz əmlakı olduğu müəyyən edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya bazasından əldə edilmiş məlumatlar əsasında iki və daha çox daşınmaz əmlakı olduğu aşkar edilən həmin vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina olunub. Bu barədə onlara SMS göndərilib. Həmin vətəndaşların sırasında 5, 10, hətta 40-dan çox əmlakı olan şəxslər də var.

Birdəfəlik ödəmə almaq üçün edilən müraciətlər müxtəlif dövlət qurumlarına məxsus olan ümumilikdə 25-dək elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında emal olunaraq təhlil edilir və nəticəsinə uyğun obyektiv qərar verilir. Aztəminatlılıq meyarlarına uyğun gəlməyən şəxslərə birdəfəlik ödəmə təyin edilmir.

Xatırladaq ki, aprelin 27-nə olan məlumata görə, 400 min şəxsə birdəfəlik ödəmə təyin edilərək ödənişi aparılıb.

Birdəfəlik ödəmə almaq üçün edilmiş müraciətlərə baxılması  prosesi davam edir. Daha 200 min şəxsə də ödəniş ediləcək.

  • Fuad
    Aprel 29, 2020 - 23:18

    Mənim müraciətimə bu gün imtina gəlib. Səbəb isə adıma nəqliyyat vasitəsi aşkarlanmasıdı. Çox məntiqsiz səbəbdi. Fakt odur ki, mən işsizəm. Avtomobilimin olub olmamağının bura nə dəxli var, başa düşə bilmirəm. Xahiş edirəm bu məsələyə birdə baxasınız

  • Şəhanə
    Aprel 29, 2020 - 23:46

    Bize imtina esemesi gelibki yoldaşınızın adında neqliyyat var .bu ne demekdi.işsizik faktiki .Ramazan ayıdı Allahdan qorxun

  • Ayten
    Aprel 30, 2020 - 00:31

    Menede.dusmedi.cox.heyif.duzgun.etmirler

  • Ayten
    Aprel 30, 2020 - 00:32

    Yoldasimin.kimliyi.itib.o.olmadigina
    gore.vermediler

  • Rena
    Aprel 30, 2020 - 00:53

    Tek anayam iki oglum var helede 190 m ala bilmemisem hec yerdede islemirem kiraye qaliram sadece olaraq atam gilde qetdiyatdayam

  • Royal Rzayev
    Aprel 30, 2020 - 02:07

    Menede hele sms gelmeyib ozum kiraye qaliram korpeli uwaqla goresen ne vaxt sms gelecek mene 25 gunduki qeydiyyatdan kecmiwem

  • Cavanşir Çələbiyev
    Aprel 30, 2020 - 03:08

    Mənə elə gəlir ki,bunlar bizə ayrılan pulların dalına keçmək üçün min hiyləyə əl atırlar(arpa çörəyi yediyini bəhanə edən gəlin kimi).Çünki bu gün mənə də imtina mesajı gəlib,adıma maşın olduğu üçün.Amma:
    1.mən maşını 4 il əvvəl satmışam,amma alan adam öz adına keçirməyə imkanı olmadığından mənim adımda qaldı.
    2.lap maşınım olsa da,mən 4 divar içində işsiz qalıb maşının hissələrini söküb yeyəcəm?yaxşı bəs qazın smart kartına balansı necə yükləyəcəm?
    3.əgər mənə ayrılan vəsaitim mənə verilməzsə və pulumun dalına hər kim keçərsə,bu Ramazan ayında oruc tutduğum hər gün Allahdan onların gözləri qabağında ailəsinin gözlərindən,qulaqlarından və ağızlarından piltə-piltə irin-qan gəlsin.Və bunlarda koronavirusdan öldülər deyərək fəxrlə qeyd etdirsin.

  • aga
    Aprel 30, 2020 - 03:16

    allah bulari nece bilise elede elesin 3 uwagim var 190 nedi onada atkaz getdi sebebinide bilmedim

  • Zulfuqar
    Aprel 30, 2020 - 09:26

    Men adimda maşin olub indi yoxdu amma mende sms gelib ki iki ve ya bir nece maşin adiniz var Men işsizem maşin oldu olmadi ne menasi evden bəyəm cixa bilmirkse işsizlik maşin olsa onu yemeliyik beyem mentiqle herşey fikirleşinde mence duzkun fikir deyil mumkunse bu işə baxilsin

  • Zulfuqar
    Aprel 30, 2020 - 09:27

    Men adimda maşin olub indi yoxdu amma mende sms gelib ki iki ve ya bir nece maşin adiniz var. Men işsizem maşin oldu olmadi ne menasi evden bəyəm cixa bilmirkse işsizlik maşin olsa onu yemeliyik beyem mentiqle herşey fikirleşinde mence duzkun fikir deyil mumkunse bu işə baxilsin

  • Hüseynova gülər
    Aprel 30, 2020 - 10:22

    Salam axı mənim adıma heçnə olmadığı ucun Mənə niyə yanlış gəlib hə heç yerdə işləmirəm adım heç yerdə yoxdur yoldaşımdan 7 ildir ayrılmusam niyə yanlış yazılıb axi haqqımı tələb edirem

  • Alida
    Aprel 30, 2020 - 11:09

    Adıma nə maşın nə vöen yoxdur.Adımda olan daşınmaz yeganə əmlakım var.İmtinanı amma 4.1.3 maddəsinə əsas verilib.2 və daha çox əmlakı olanlara imtina edildilyi halda adımda bir əmlakım var.Niye imtina aldım?

  • Terane
    Aprel 30, 2020 - 11:44

    Mənim adım heç bir yerde işdə deyil amma əmək mugavileniz var deyilir

  • Ramin
    Aprel 30, 2020 - 15:55

    Salam.Mende ayin 10u qeydiyyatdan kecmisem,bugun mene sms gelib ki, yoldasiniz haqda tehrif olunmus melumat veridyiniz ucun imtina edilib.Bu deq ele bir veziyyetdi ki 190 man hmaiya ici men qarisiq hava su kimi lazimdi.Ne vaxta qeder otir evde yoldasim islemir men islemirem adjmizada hec bir sey yoxdu indide bunu cixardib vermediler.Bzide umidimizi ona baglamisdiq cunki heqietende vez cox pisdi

  • Konul
    Aprel 30, 2020 - 16:14

    Salam.menim yoldawima mesaj gelibki adinizda 2 ve daha ev awkarlandigi ucun 190m verilmedi.ama hal hazirda 1evimiz var.mawinimiz yoxdur.yoldawim fehle iwdiyir.bu nece dovletdi hara muraciet edek.qaynar xetde artiq cavab vermir

  • Ramal
    Aprel 30, 2020 - 20:55

    Menede imtina geldi adinizda neqliyat vasitesi awkarlanib o qede mawini olanlara verilib ki ne dexli var mawinin olmasi oturmuwuq evde mawin pul kesir beyem evde milleti niye aldadirsiz

  • Letife
    May 4, 2020 - 08:47

    Duzgun baxilmir.hec yerde iwlemirem aliment almadigimcun mehkemeye baw vurduguma gore mene 190 duwmedi.mentiq hardadi bilinmir.yeni deyir kiwini niye suda vermisen di get ol acindan.Olsun ezizleriniz bele hokumet

  • Kasıb vətəndaş
    May 4, 2020 - 23:07

    Məndə gözləyirəm aprelin 9dan hələ sms gəlməyib

  • Balahəsən
    May 6, 2020 - 23:48

    Mənim 17 yaşım var. Qanunda deyilir ki, 15 yaşından yuxarı əmək qabiliyyəti olan və işsiz olan hər kəsə 190 manat verilir. Lakin mənə imtina məktubunda yazırlar ki,sizin 18 yaşınız tamam olmadığı üçün 190 manat yardımdan istifadə edə bilməzsiz. Bu necə olur. Bilən varsa zəhmətdi izah etsində.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*