Ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 31 may tarixinədək uzadılmasını nəzərə alaraq, cari vergi ödəmələrinin müddəti uzadılıb.
KONKRET.az xəbər verir ki, Vergilər Nazirliyindən verilən məlumata görə, fəaliyyətinə icazə verilən, o cümlədən regionlar üzrə fəaliyyətinə icazə verilən sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, 2020-ci ilin fevral və mart ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti 5 may 2020-ci il tarixinə qədər uzadılıb.
Fəaliyyəti məhdudlaşdırılmış, o cümlədən regionlar üzrə fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, 2020-ci ilin fevral, mart və aprel ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti 31 may 2020-ci ilə təyin edilib.

Mənə yazlpki siz az təminatlı deyilsiz mən evdə acından ölürəm dukanara 500 manat borcum var mənə pul vermirlər səbəbi nədir
Çox ədalətsiz iş görürsünüz adam allahı başının üstündə görər həmişə nə olsun ki vəzifədəsiniz axı hamımızı yaradan allah birdi
ozum hamileyem usdelik adimda hecne yoxdur mene azteminatliqa uygun deyilsiz yazib Allah goturmez gerey bawqa behane yazardilar bu qeder tesir etmezdi
Ayib olsun menede az teminatli deyilsiniz gelib ama halbuki mene duwurdu adima hecne yox ozumde iwlemirem Allaha tapwiriram
Menede imtina gelib.işlemirem.oglum xeste gözle herbidedir. Ailem qarabag müharibəsi veteranidir.
Ona görə qurban olduğum mu müsibəti axırda xalqın başına mənim gel seraitimi görə sora deki az təminatlı deyilsiz Allah bilir