Prezident İlham Əliyevin tapşrığına uyğun olaraq, şəhid ailələrinə və müharibə əlillərinə ötən illə müqayisədə bu il 60 faizdən çox olmaqla 1 500 mənzil və fərdi evin verilməsi üçün işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin kateqoriyadan olan vətəndaşlar üçün yeni yaşayış binalarından artıq 480 mənzil alıb və daha 220 mənzilin alınması işləri davam edir.
KONKRET.az-a nazirlikdən daxil olan məlumata görə, respublikanın bölgələrində 800 fərdi yaşayış evinin ilin sonunadək onların istifadəsinə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2018-ci ildə nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 ədəd mənzil və fərdi ev verilib. Beləliklə, nazirlik tərəfindən ötən dövrdə bu kateqoriyalardan olan vətəndaşlara 7 600-ə yaxın mənzil və fərdi ev verilib.

Kaşki bir dəfədə ömrünü tikintilərdə, həmdə xalqa lazım olan tikintilərdə, məsələn; xəstəxanaları, idarələrin, muzeylərin, zavodların tikilməsondə, dövlətə, xalqa xidmət eliyən binaların, yolların başa gəlməsində, bulardanda vacib, öndə gələni Allahın buyurdugu kimi halal çörək qazanıb, şəhidliyə bərabər şərəfli işlə övladını, yaxınların doıandıran, ama, maaşı hamıdan aşagı olan Fəhlə sinifi üçündə ev tikiləcəyni eşidərdik. Çünki , əgər bir fəhlənin 5 nəfərlik külfəti varsa, ki və onun qardaşları, atası, hətta anasıda fəhlədirsə 1 otag ev tikməyçün ömrünün yarısın Allah verdiyi nemətlərdən məcbur olaraq özünü məhrum etməli gecə – gündüz ən agır işlərdə çalışmalıdı. Mən və mənim bütün nəslim fəhlədir və bu nəsildə 5 ailənin üçünün ev problemi var. Ama bu ölkədə höküməti idarə eliyən hansısa alçaglar, vijdansızlar üzündən fəhlə sinifindən olan insanların 95 faizini ən vacib həyat şərtlərinnən məhrum ediblər. Ən böyük nemət olan elmi,təhsilidə çox gördülər fəhlə sinifinə. Çünki hərşey pulnandı bu ölkədə. Ama bir şey varki kəndçinin, fəhlənin haqqın yeyənlərə, onlara göz yumanlara, köməkçi olanlara, Allahın şiddətli, agır bəlası gələcək…