ŞAD XƏBƏR: Əməkhaqqı bu qədər artırıla bilər – AÇIQLAMAbackend

ŞAD XƏBƏR: Əməkhaqqı bu qədər artırıla bilər – AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqının artırılması əhalinin gəlirlərinin yüksəldilməsi və sosial rifahın yaxşılaşdırılması baxımından mühümə məsələlərdən biri olaraq qalır. Hazırda 400 manat olan minimum əməkhaqqının 600–700 manata çatdırılması isə həm işçilərin gəlirlərinə, həm də əmək bazarına ciddi təsir göstərə bilər.

Bəs ölkənin mövcud iqtisadi imkanları fonunda belə bir artım nə dərəcədə realdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, minimum əməkhaqqının qısa müddətdə 600–700 manata çatdırılması real görünmür:

Natiq Cəfərli başladı: 150 imza toplayıb Yeni Sabah

“Birdən-birə Azərbaycanda minimum əməkhaqqının bu qədər artırılması mümkün deyil. Hətta 1-2 il ərzində belə bir artımın baş verməsi çətin görünür. Biz əvvəlki praktikaya baxanda görürük ki, minimum əməkhaqqı ən yaxşı halda 10 faiz civarında artırılıb. Buna görə də yaxın 1-2 ildə 400 manatdan 440-450 manata yüksəlməsi daha real ssenari sayıla bilər.

Minimum əməkhaqqının 50 faiz artırılaraq 700 manata çatdırılması üçün isə ən azı bir neçə il vaxt lazımdır. Bunun üçün xüsusi iqtisadi açılıma ehtiyac var. Yəni belə bir artım hədəf kimi mümkündür, amma yaxın gələcəkdə onun reallaşması çox çətin görünür”.

Beləliklə, ekspertin fikrincə, minimum əməkhaqqının 600–700 manata çatdırılması uzunmüddətli perspektivdə hədəf kimi nəzərdən keçirilə bilər, lakin bunun qısa müddətdə həyata keçirilməsi üçün iqtisadi artım və gəlirlərin əhəmiyyətli dərəcədə yüksəlməsi tələb olunur.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*