Bu tablo 85 milyon dollara SATILDI – FOTObackend

Bu tablo 85 milyon dollara SATILDI - FOTO

Amerikalı rəssam Endi Uorholun (1928-1987) “Ağ qəza” adlı tablosu Nyu Yorkdakı Sotheby’s hərracında 85 milyon dollara satılıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə İngiltərə ticarət evi məlumat yayıb.

Bildirilib ki, 1963-cü ildə çəkilmiş rəsm “Ölüm və Fəlakət” seriyasının bir hissəsidir və mütəxəssislərin fikrincə, kolleksiyaçılar arasında çox populyardır.

Qeyd edək ki, rəssamın sonuncu dəfə 2013-cü ildə hərraca çıxarılan “Gümüşü avtomobil qəzası” əsəri 105 milyon dollara satılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*