“Bu tualetə heç bir polis girməyəcək”backend

Bu tualetə heç bir polis girməyəcək”

“Hündür boylu, iri cüssəli polislər hakimiyyət orqanlarına nifrətin simvoluna çevrilib. Bu, təkcə toqquşmalar zamanı deyil, dinc şəraitdə də özünü göstərir. Dünən səhərdən polislər dövlət binalarını və tikililərini mühasirəyə alıblar ki, Möhtərəm Baqrat və etirazçılar içəri girə bilməsinlər, lakin binaları mühasirəyə alan polislərə dəstək verın olmayıb”.

KONKTRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb:

“Dünən analoji binalardan birinin təmizlikçisi (xanımı hücuma məruz qoymamaq üçün adını yazmayacağıq) onlarla polis əməkdaşını təkbaşına uzaqlaşdırmağa nail olub.

Müvafiq tualeti təmizləyən qadın polisə haqlı tələb irəli sürüb. “Bu tualetə heç bir polis girməyəcək”. Sonra qollarını çarpazlayıb binanın girişində dayanıb ki, heç bir polis binaya girməsin. Təbii tələbatı ödəmək üçün polis naməlum istiqamətlərə getməli olub”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*