Ukrayna Budapeştdən Moskvaya uçan və Kiyevdə məcburi eniş edən təyyarəni geri göndərib.
KONKRET.az Rusiya mediasına istinadla xəbər verir ki, Ukrayna Wizz Air şirkətinin Budapeştdən Moskvaya uçan və Kiyevə plansız eniş edən təyyarəsinin Rusiyaya uçmasına qadağa qoyub. Təyyarə yenidən Budapeştə göndərilib.
Təyyarənin sərnişinləri ancaq noyabrın 3-də yenidən Moskvaya uça biləcəklər.
Xuraman Etibarlı
KONKRET.az
