Ermənistanda xristianlıq dedikdə təcavüzkarlıq və separatizm, terror və dağıdıcılıq başa düşülməlidir
“Erməni Kilsəsinin tarixi məktəblərdə bundan sonra da tədris ediləcək”. KONKRET.AZ xəbər verir ki, bu sözləri Bütün Ermənilərin Katalikosu II Qaregin Baş yepiskopun məzarını ziyarəti zamanı jurnalistlərlə söhbətində bildirib. Qeyd edək ki, erməni jurnalist Erməni Kilsəsi tarixinin məktəb dərsliyindən çıxarılması məsələsinə toxunub. Qaregin bundan hiddətlənib və bildirib ki, Erməni Kilsəsi tarixinin dərs vəsaiti kimi tədris olunmamasından söhbət gedə bilməz. “Amma keçirdiyimiz görüşlərimiz zamanı qeyd etmişik ki, dərslik məzmun baxımından yenidən işlənməlidir”.
“KONKRET” Beynəlxalq Araşdırmalar Qrupu bildirir ki, əslində erməni dövlətçiliyi birbaşa kilsədən asılıdır. Ritualda bir sıra xüsusiyyətlərinə görə, Bizans Pravoslavlığı və Roma Katolikliyindən fərqlənən bu xristian kilsəsi tarix boyu Azərbaycana və türklərə qənim olub. Bu mənada Ermənistanda xristianlıq dedikdə təcavüzkarlıq, separatizm, terror və dağıdıcılıq başa düşülməlidir. Bu gün erməni uşaqlar hələ də bu istiqamətdə tərbiyələnirlər.
Böyük Ermənistan ideologiyası da məhz bu kilsədə yaradılaraq təbliğ olunur. Onlar utanıb qızarmadan etiraf edirlər ki, erməni xalqına siyasi və mənəvi rəhbərliyin məsuliyyəti daim erməni kilsəsinin üzərindədir. Belə bir ikili rolda Katalikosun nüfuzu həmişə ən yüksək dərəcədə olub və bu gün də böyük əhəmiyyət kəsb edir. Əsrlər boyu Eçmiədzin təkcə kilsənin deyil, bütün erməni xalqının və dövlətinin seçilmiş mənəvi rəhbəridir.
Bütün Ermənilərin Katalikosu dünyanın daxilindəki əksər xarici yeparxiyalar kimi, Ermənistandakı bütün yeparxiyalara da cavabdehdir. Kilik katolikosunun rəhbərliyi altında Livan, Suriya və Kipr yeparxiyası var. Qüds Patriarxlığına İsrail və İordaniya erməni kilsələri, Konstantinopol Patriarxlığına isə Türkiyənin və Krit adasının (Yunanıstan) erməni kilsələri daxildir.
Maraqlıdır ki, məhz bu aralarda erməni məktəblərində kilsə tarixinin dərsliklərdən çıxarılması məsələsi niyə gündəmə gəlib? İlkin ehtimallara görə, yeni dövlətçilik sistemində Avropa dəyərlərinə üstünlük verən ideoloqlar kilsənin təsirini azaltmaq, ümumiyyətlə, gələcəkdə dövlət quruculuğunda bu təsirdən tam qurtarmaq niyyətətindədirlər. Amma buna hansı şəkildə nail olacaqları sual doğurur. Çünki erməni kilsəsi özü dövlətdir və dövlətin içində əsas söz sahibidir.
Burada söhbət Qareginin şəxsiyyətindən də getmir. Erməni tarixinin dərsliklərdən çıxarılması sualına Katalikosun hiddəti hələ ki, bilmədiyimiz mətləblərdən xəbər verir. Bu sahədə araşdırmalarımız davam edəcək.
Fadil PAŞAYEV