Bütün ermənilərin katolikosu Cermuka səfər edib.
KONKRET.az xəbər verir ki, bütün ermənilərin katolikosu II Qaregin Vayots Dzor vilayətinin Cermuk şəhərində patriarxal səfərdədir.
O, Azərbaycan əsgərindən qorxmamaq üçün cermuklulara “ürək-dirək” verməyə gəlib.
“”Biz buraya gəldik deyək ki, bura bizim ölkəmiz, vətənimizdir. Biz özümüzü cəsarət və dəyanətlə silahlandırmalıyıq”, – katolikos II Karekin bildirib.
Qeyd edək ki, rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin Cermuk yaxınlığında mövqeləri var.
Xuraman Etibarlı,
KONKRET.az
