Bütün işçilərin banklara çağırılması məqsədəuyğun deyil – AÇIQLAMAbackend

Bütün işçilərin banklara çağırılması məqsədəuyğun deyil - AÇIQLAMA

Koronavirusla mübarizə tədbirləri ilə əlaqədar bəzi qurumların fəaliyyəti müvəqqəti olaraq qanunla dayandırılıb. Bəzi qurumlarda isə işçilərə evdən işləmələri tövsiyə olunub.

Məlumdur ki, insanların daha çox müraciət etdiyi banklarda bu baxımdan daha çox kütləvilik müşahidə olunur.

Bu sahədə hər hansı məhdudiyyətlərin olub-olmaması, iş saatının azaldılması, bəzi işçilərin evdən işləmələri ilə bağlı bütün məqamlara iqtisadçı Əkrəm Həsənov KONKRET.az-a açıqlamasında aydınlıq gətirib.

“Dövlət məcbur etmir ki, banklar bütün işçilərini işə çağırsın. Yəni banklar heç də məcbur deyillər işçilərinin hamısını işə çağırmağa, istəsələr bir qismini də çağıra bilərlər. Üstəlik nəzərə alsaq ki, banklar bu günlərdə elə də çox kredit vermir, ona görə də kredit mütəxəssislərinin işə çıxması elə də vacib deyil. İşçi daha çox valyuta mübadiləsi və ya pul köçürmə əməliyyatları üçün lazımdır. Sadəcə olaraq Nazirlər Kabinetinin məlum qərarına əsasən  banklar işçilərə daha sonra əvəz gün verməlidir. Bu isə banklara sərf etmir. Bu, bankın öz işidir. Yəni bankın öz maraqlarına aid bir məsələlərdir.

Bir məsələ də var ki, bank sirrinə və bankın təhlükəsizlik sisteminə görə işçilər evdən işləyə bilməz. Orada görülən hər hansı bir əməliyyat bu sistem vasitəsilə qorunur. Həmin sistemlər sadəcə bankda olan komputerlərdə var. Bu baxımdan banklar buna imkan vermirlər. Düşünürəm ki, düz edirlər. Bu məsələ təhlükəsizlik baxımından çox vacibdir.

Ümumiyyətlə isə hesab edirəm ki, indiki məqamda işçinin orada elə də çox işləməsinə ehtiyac yoxdu.  Amma yenə də deyirəm, bütün bunlar bankların öz işidir”.

Fəqan MUXTAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*