Buzovnada çimərlikdə obyektin hovuzu SÖKÜLDÜ – Hasarların sökülməsi DAVAM EDİR – FOTOLARbackend

Buzovnada çimərlikdə obyektin hovuzu SÖKÜLDÜ - Hasarların sökülməsi DAVAM EDİR - FOTOLAR

Bakının Xəzər rayonu Buzovna qəsəbəsində dəniz kənarında tikilmiş dəbdəbəli villaların və digər qanunsuz tikililərin hasarlarının sökülməsi davam edir.

KONKRET.az-ın məlumatına görə, istilərə baxmayaraq, Bakı şəhər İcra Hakimiyyətinin və paytaxtın Xəzər rayon İcra Hakimiyyətinin işçiləri hər gün qanunsuz tikililəri sökür, Buzovna sahilini azad edirlər.

Tikinti tullantıları texnikanın köməkliyi ilə ərazidən çıxarılır, onun təmizlənməsi işləri aparılır.

Eyni zamanda, 35 dərəcə isti nəzərə alınmaqla, iş yalnız səhər tezdən və ya axşam saatlarında aparılır. Günorta işçilər günəş və ya isti vurması ilə qarşılaşa bilər deyə, təmizlənmə sürəti ləng gedir. Amma iş davam edir, xüsusən də “Mirvari” obyektinin iri beton hovuzu sökülüb, kafel-metlax da sökülür.

Bakı şəhər İcra Hakimiyyəti vurğulayır ki, bütün sahil qanunsuz tikililərdən, sədlərdən və hasarlardan təmizlənənə qədər işlər davam etdiriləcək. Eyni zamanda, azad edilmiş ərazi ictimai pulsuz çimərliklərə qoşulur./Caliber.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*