Sosial şəbəkələrdə “By Ella” ləqəbi ilə tanınan bloger hava limanında saxlanılıb.
KONKRET.az unikalaz-a istinadən xəbər verir ki, Məmmədova Lalə İlham qızı məhkəmə qarşısına çıxarılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.
Səbai rayon Məhkəməsində keçirilən prosesdə Lalə Məmmədova barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, əgər onun bu əməli sübuta yetirilərsə xanım blogeri əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
