Türkiyə Ali Apellyasiya Məhkəməsinin 2-ci Mülki Kollegiyası boşanma işində kişi zorakılığı, cadu və sosial şəbəkələrdəki paylaşımları bərabər günah kimi qiymətləndirib.
KONKRET.az xəbər verir ki, Ali Apellyasiya Məhkəməsinin 2-ci Mülki Kollegiyası həyat yoldaşına qarşı fiziki zorakılıq tətbiq edən kişi ilə cadu-piti ilə məşğul olan, sosial şəbəkələrdə qanunazidd paylaşımlar edən qadını boşanma işində eyni dərəcədə günahkar bilib.
Palatanın qərarına əsasən, Sivasda yaşayan qadın ərinin onu daim təhqir etdiyini, qürurunu və ləyaqətini alçaldan hərəkətlər etdiyini, fiziki zorakılıq tətbiq etdiyini, döyərək öldürmək istədiyini iddia edərək, boşanma iddiası qaldırıb və təzminat tələb edib.
Kişi isə arvadının yaşadıqları evi və əşyaları bəyənmədiyini, maddi imkanı olmayan tələblər irəli sürdüyünü, təhqiramiz ifadələr işlətdiyini, ona qarşı ikrah hissi keçirdiyini, onu sevmədiyini bildirib.
Həyat yoldaşının sosial şəbəkədə özünün hərəkətlərini əks etdirən videolar yüklədiyini və bu paylaşımlara cinsi şərhlər edildiyini iddia edən kişi evliliklərinin təməllərinin sarsıldığını iddia edib və boşanmalarını, ona təzminat ödənilməsini tələb edib.
Boşanma işinə baxan Sivas 2-ci Ailə Məhkəməsi qadını təhqir edən və fiziki zorakılıq tətbiq edən kişi ilə tilsim və gözmuncuğu ilə məşğul olan qadını sosial media platformasında video paylaşaraq, eyni dərəcədə günahkar hesab edib. Tərəflərin boşanmasına qərar verən yerli məhkəmə qarşılıqlı təzminat tələblərini də rədd edib.
Apellyasiya şikayətləri Kayseri Regional Ədliyyə Məhkəməsi 2-ci Mülki Kollegiya tərəfindən rədd edilən tərəflər yerli məhkəmə qərarından apellyasiya şikayəti verib.
İşə baxan Ali Apellyasiya Məhkəməsinin 2-ci Mülki Kollegiyası yerli məhkəmənin qərarını təsdiqləyib.
Palatanın yekdil qərarında bildirilib ki, apellyasiya şikayətində göstərilən əsaslar qərarın ləğvini tələb etməyən hesab edilməyib və 5 saylı Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə uyğun olaraq hökm təsdiq edilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az