Meksikada canlı yayım zamanı jurnalistləri maşın vurub.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, Meksikanın Monterrey şəhərində güclü yağışların səbəb olduğu sürüşməni işıqlandıran iki jurnalist idarəetmədən çıxan cip markalı maşının vurması nəticəsində xəsarət alıb.
Hadisə canlı yayım zamanı kameraya düşüb. Müxbir Alma de la Rosa Flores və operator Kristo Morales xəstəxanaya aparılıb. Onların vəziyyətinin stabil olduğu, operatorun isə ayağından daha ağır xəsarət aldığı bildirilir.
Avtomobilin sürücüsü saxlanılıb.
