Çavuşoğlu səmimi başsağlığı sözlərinə görə Mirzoyana təşəkkür edib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu tviterdə yazıb.
O, Türkiyənin Bartın şəhərindəki mədən partlayışı ilə bağlı Ermənistan XİN rəhbəri Ararat Mirzoyana başsağlığına görə təşəkkürünü bildirib.
Xatırladaq ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonunda kömür mədənində 41 nəfərin ölümü ilə nəticələnən partlayış baş verib.

Xuraman Etibarlı,
KONKRET.az
