Sərhəddə erməni təxribatı: Azərbaycan hərbçisi yaralandı – RƏSMİbackend

Sərhəddə erməni təxribatı: Azərbaycan hərbçisi yaralandı - RƏSMİ

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.
Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*