Cəbrayılda şirkət əməkdaşı minaya düşdübackend

Cəbrayılda şirkət əməkdaşı minaya düşdü

Bu gün Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Bu barədə KONKRET.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*