Prezident İlham Əliyev Cəbrayılın işğaldan azad olunan daha bir neçə kəndinin və strateji yüksəkliyinin adını açıqlayıb.
KONKRET.az xəbər verir ki, dövlət başçısı bu barədə Tvitter səhifəsində yazıb:
“Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!”.

Bir Cəbrayıllı kimi sizinlə fəxr edirəm. Şəxsiyyət vesifemi ilk aldığım il Prezidentimizin ilk seçkisi idi. Mən o gün sizə səs verdim bu günə kimi hər gün daha qururlaniram. Bu günde Cəbrayılı bizə qaytardız siz Azərbaycan tarixinin igidlik salnaməsini yazdiniz. Teşekkür edirik!