Çeçenistanda kütləvi məzarlıq aşkarlandı – VİDEObackend

Çeçenistanda kütləvi məzarlıq aşkarlandı - VİDEO

Çeçenistanda kütləvi məzarlıq aşkarlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Qroznı mediası məlumat yayıb.

Qroznı şəhərinin kənarındakı bağ evinin yaxınlığında ekskavator maşinistinin işi zamanı azı 10 nəfərin qalıqları aşkar edilib. Videonun müəllifi iddia edir ki, məzarda rus-çeçen müharibələri zamanı həlak olanlar var. Çeçenistan hakimiyyəti tapıntını 17-18-ci əsrlərlə əlaqələndirir və onun respublikadakı müharibələr dövrünə aid olmasını rədd edir.

Qeya edək ki, bundan əvvəl Dağıstanda kütləvi məzarlıq aşkar edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*