Cəlilabad RİH tortla bağlı müzakirələrə aydınlıq gətirdibackend

Cəlilabad RİH tortla bağlı müzakirələrə aydınlıq gətirdi

Cəlilabadda keçirilən çiyələk festivalından sonra yayılan görüntülər müzakirələrə səbəb olub. Belə ki, festivalda tortun yerə qoyulması və insanların hissələrə bölünmüş tortu yerdən götürməsi tənqid edilib. Bildirilib ki, Cəlilabad Rayon İcra Hakimiyyəti belə məsələlərə xüsusi diqqət yetirməli idi.

KONKRET.az xəbər verir ki, Pravda.az məsələ ilə bağlı Cəlilabad RİH-in mövqeyini öyrənib.

RİH-in İnformasiya təminatı və təhlili sektorundan saytımıza verilən açıqlamada bildirilib ki, görüntülər festival keçirilən ərazidə çəkilməyib:

“Tort yerdə deyil, çadırın altında olub. Yağış yağandan sonra insanlar gedib. Görüntüdən də məlum olur ki, oradakılar azyaşlılardır. Festival bitdikdən sonra tort islanmasın deyə ərazidən bir az uzaqdakı kafeyə aparırmışlar. Ola bilsin, orda yerə düşüb, nəticədə belə bir görüntü meydana çıxıb”.

  • N.A
    May 24, 2023 - 01:14

    Bu sadəcə festivalı və cəlilabadlıları ləkələmək üçün çəkilmişdir.

N.A üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*