Cəlilabadda mikroavtobus qəzasında xəsarət alanlardan bəziləri evə buraxıldı – YENİLƏNİBbackend

Cəlilabadda mikroavtobus qəzasında xəsarət alanlardan bəziləri evə buraxıldı - YENİLƏNİB

Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

TƏBİB-dən KONKRET.az-a bildirilib ki, hadisə nəticəsində xəsarət alan 8 (7 qadın, 1 uşaq) nəfər TƏBİB-in tabeliyindəki Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş olan 6 nəfər (uşaq da daxil olmaqla) ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin Cərrahiyyə şöbəsində 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağırdır.

20:05

Köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində mikroavtobus aşıb.

KONKRET.az-ın Report-a istinadən məlumatına görə, nəticədə 10-na yaxın şəxs xəsarət alıb.

Hazırda yaralılar xəstəxanaya aparılır.

Faktla bağlı araşdırma başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*