Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
KONKRET.az-ın məlumatına görə, qəza Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili yol kənarında dayanmış vəziyyətdə olan minik avtomobilinə çırpılıb.
Qəza nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir. Hazırda yaralılardan birinin vəziyyəti ağır olduğu üçün cərrahi əməliyyat aparılır.
Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır./report
