“Türkiyədə keçirilən çempionatda Ermənistan bayrağının əvəzinə Kolumbiya bayrağı asılmışdı”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın gimnastika yığmasının baş məşqçisi Akop Serobyan deyib.
“Türkiyədə keçirilən Avropa çempionatında səhər tezdən idmançılarımız üçün dopinq testi keçirildi. Salonda Ermənistan bayrağının əvəzinə Kolumbiya bayrağı asılmışdı. Mən buna çox üzüldüm. Üzr istədilər, çaşdıqlarını dedilər, tez bayrağı dəyişdilər”, – deyə Serobyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
