Cənubi Koreya və ABŞ Koreya yarımadası yaxınlığında son beş ildə ilk dəfə dörd günlük birgə dəniz təliminə başlayıb.
KONKRET.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, təlimlərdə “Ronald Reyqan” aviadaşıyıcısının başçılıq etdiyi Amerika zərbə təyyarədaşıyan qrupu iştirak edir.
Bildirilib ki, bura həmçinin “Chancellorsville” raket kreyseri , “Barry” eskadra gəmisi və ABŞ-ın “Annapolis” sualtı nüvə gəmisi daxildir.
Təlimlərdə gəmi əleyhinə və sualtı qayıqlara qarşı əməliyyatlar, taktiki manevrlər həyata keçiriləcək.
Agentliyin məlumatına görə, təlimdə təyyarədaşıyan gəminin iştirakının məqsədi Şimali Koreyanın nüvə və raket təhdidlərinin qarşısını almağa hazır olduğunu nümayiş etdirməkdir.
Qeyd edək ki, sentyabrın 16-da Vaşinqtonda keçirilən iclasda ABŞ və Cənubi Koreya bütün mümkün mexanizmlərdən istifadə edərək KXDR-in siyasətinə qarşı çıxmağa davam edəcəklərini vurğulayıblar.
İqbal Rzayev,
KONKRET.az
