Cənubi Koreyada daşqınlar nəticəsində 14 nəfər öldübackend

Cənubi Koreyada daşqınlar nəticəsində 14 nəfər öldü

Cənubi Koreyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 14 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, paytaxt Seul və ətraf ərazilərdə minlərlə bina su altında qalıb.

Yerli hakimiyyət orqanlarından bildirilib ki, qurbanlardan səkkizi paytaxtda ölüb. Təbii hadisə zamanı həmçinin beş nəfər itkin düşüb.

Fəlakət zonasından 7 200 nəfər təxliyə edilib.

Koreya yarımadasında leysan yağışları həftənin əvvəlindən davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*