Cənubi Qafqaz uğrunda savaş: Gürcüstandakı seçkilər Qərbin məkrli planını necə alt-üst etdi?backend

Cənubi Qafqaz uğrunda savaş: Gürcüstandakı seçkilər Qərbin məkrli planını necə alt-üst etdi?

Gürcüstanda keçirilən seçkiləri öz əlində alətə çevirmək istəyən Qərb və regionda söz sahibi olan Rusiya arasında gərgin mübarizənin getdiyini görməmək mümükün deyil. Okeanın o tayından Cənubi Qafqazı öz nəzarəti altına almağa çalışan ABŞ və Qərbin məkrli planları Cənubi Qafqaz dövlətlərinin daxilində də müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Ancaq region dövlətləri bunu anladığından fəqli siyasət yürütməklə balansı qorumağa çalışırlar. Təbii ki, Ermənistan bu siyasətdən kənardır və Qərbin əlində alətə çevrilən İrəvan həm özünü, həm də region ölkələrini təhlükəyə atır. Hərçənd qonşu ölkədə keçirilən seçkilərin nəticələri Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayrıcı xətlər yaratmaq istəyinə böyük zərbə vurdu.

Mövzunu KONKRET.az-a şərh edən Beynəlxalq Münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, Gürcüstanı iki qlobal güc, Rusiya və Qərb öz mübarizə meydanına çevirib:

Əziz Əlibəyliyə vəzifə verildi

“Bu, həm də Cənubi Qafqaz uğrunda savaşın təzahürüdür. Xüsusilə də, Ermənistanda özünü Qərbin nökəri hesab edən Paşinyanın hakimiyyətə gəlməsindən sonra vəziyyət daha da dəyişdi. Əslində Gürcüstanda keçirilən seçkilərin dünyanın diqqət mərkəzinə gəlməsi Ermənistan gündəmi ilə bağlıdır. Qərbə bağlı analitiklərin böyük əksəriyyəti də bildirir ki, Gürcüstanın hakimiyyət dəyişikliyi Ermənistanın Avropaya inteqrasiyasına böyük zərbədir. Bu baxımdan İrəvanın Avropaya çıxmaq üçün iki yolu var. Bu, Gürcüstan və Türkiyə ilə münasibətlərdən keçir. Türkiyə ilə münasibətlərin gələcəyi hələ ki, bəlli deyil. Gürcüstanda isə Rusiya amilinin güclənməsi Ermənistana yaxşı gələcək vəd etmir. Bu mənada Gürcüstanda keçirilən seçkiləri erməni lobbisi dünyanın siyasi mərkəzlərinə daşıdı. Əlbəttə ki, indiki Gürcüstan iqtidarının düşüncəsi Azərbaycan tcrübəsini təkrarlamaqdan və ərazi bütövlüyünü təmin etməkdən ibarətdir. Bəlkə də, bu, mümkün ola bilər. Çünki Rusiya-Azərbaycan münasibətləri belə bir presedent yaşatdı. Bu baxımdan Gürcüstanın eyni variantı sınamağı yanlış deyil. Amma Qərb Gürcüstana xüsusi iqtisadi fürsətlərlə, Avropa Birliyinə gələcəkdə potensial üzvlüklə, viza rejimini sərbəstləşdirmək kimi aparıcı əsaslarla gəlir. İndiki vəziyyətdə Gürcüstanın kəskin şəkildə Avropadan qopacağını düşünmürəm. Amma bütövlükdə Qərb Gürcüstan vasitəsilə, anti-Rusiya və bəlkə də anti-Azərbaycan, həmçinin anti-Türkiyə layihəsini icra etmək düşüncəsində idi. Yəni bir mərkəz kimi Gürcüstandan istifadə etmək və gələcəkdə Ermənistana yeni fikirlərini yeritmək məqsədi güdürdü. Ancaq Qərbin bu planı alınmadı və fiaskoya uğradı”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*