“103”ə zəng etməyin, bu nömrədən istifadə edin – Təcili yardımdan AÇIQLAMAbackend

“103”ə zəng etməyin, bu nömrədən istifadə edin – Təcili yardımdan AÇIQLAMA

“103” Çağrı Mərkəzində baş vermiş texniki nasazlıq səbəbindən “103” qısa nömrəsinə zənglərdə çətinlik yaranıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, problem aradan qaldırılanadək təcili tibbi yardıma müraciət etmək üçün vətəndaşlardan “113” qısa nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Qeyd olunub ki, yaranmış müvəqqəti narahatlığa görə üzr istənilir. Problemin ən qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*