Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş şəhərində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən qarşılanıb.
KONKRET.az xəbər verir ki, Ceyhun Bayramov Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Mərkəzini ziyarət edib, zəlzələ bölgəsindən vətəndaşların xilas edilməsi, təxliyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olub.
Nazir @Bayramov_Jeyhun #Türkiyə|nin Kahramanmaraş şəhərinə səfəri çərçivəsində @AFADBaskanlik Mərkəzini ziyarət edib, zəlzələ bölgəsindən vətəndaşların xilas edilməsi, təxliyyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olub. pic.twitter.com/lfJo9IbL5B
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) February 11, 2023
***
13:26
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərinə gəlib.
KONKRET.az xəbər verir ki, naziri gətirən təyyarə şəhərin hava limanına eniş edib.
Eyni zamanda Kahramanmaraşda Ceyhun Bayramovun həmkarı Mövlud Çavuşoğlu ilə mətbuat konfransının keçirəcəyi nəzərdə tutulub.
***
08:31
11 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin zəlzələdən zərər çəkmiş ərazilərini ziyarət etmək məqsədilə Kahramanmaraş şəhərinə səfərə yola düşüb.
XİN-dən KONKRET.az-a bildirilib ki, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü nəzərdə tutulur.
Azərbaycan Respublikasının xarici işlər naziri @Bayramov_Jeyhun qardaş Türkiyənin dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş şəhərində Türkiyənin xarici işlər naziri @MevlutCavusoglu tərəfindən qarşılanıb. pic.twitter.com/GzH4d64nhW
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) February 11, 2023
