Ceyhun Bayramov Özbəkistanın XİN başçısı ilə görüşdü – FOTObackend

Ceyhun Bayramov Özbəkistanın XİN başçısı ilə görüşdü - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov özbəkistanlı həmkarı Baxtiyor Saidovla görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında məlumat yer alıb.

“Nazirlər Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlərin geniş spektrini, mövcud regional vəziyyəti müzakirə ediblər”, – məlumatda deyilir.

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov aprelin 14-də Özbəkistan Respublikasına işgüzar səfərə yola düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*