Cibgirlik etməkdə şübhəli bilinən şəxslər TUTULDUbackend

Cibgirlik etməkdə şübhəli bilinən şəxslər TUTULDU

Sumqayıtda cibgirlik etməkdə şübhəli bilinən şəxslər tutulub.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhəri ərazisində bir nəfərin içərisində pul və bank kartı olan cüzdanının oğurlanması və sonradan həmin kartdan 190 manat dəyərində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakinləri Tural Abbasov və Yavər Şərifov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*