“Cibimizə aparat qoyub, əlimizin cibimizə girib-çıxmasını sayacaqsınız?” – Səxavət Məmmədbackend

“Cibimizə aparat qoyub, əlimizin cibimizə girib-çıxmasını sayacaqsınız?” – Səxavət Məmməd

“İllərdir ölkədə nağdsız ödənişlər təbliğ olunur, insanları müxtəlif yollarla elektron ödənişlərə təşviq edirdilər. Bir gün kiminsə ağlına gəlir ki, kartdan-karta köçürmələrə limit qoysun. Bunu da “vergidən yayınma var, nəzarət etmək lazımdır” bəhanəsi ilə izah edirlər. Sən nəzarət edə bilmirsən dəyə, əziyyətini camaat çəkməlidir?”.

KONKRET.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Səxavət Məmməd bildirib. O, özünün Facebook səhifəsində daha sonra yazır: “Heç kim özünə əziyyət verməsin, baş işlətməsin, amma rahat nəzarət olunsun deyə əziyyəti vətəndaş çəksin? Camaat kütləvi şəkildə yenidən nağd ödənişə qayıdanda nə edəcəksiniz? Cibimizə aparat qoyub, gün ərzində əlimizin nə qədər cibimizə girib-çıxdığını sayacaqsınız?

Birincisi, xeyli insan kimi mən də kart istifadəsindən imtina edəcəm. İkincisi, bu qərar heç nəyi dəyişmədi — sadəcə prosesi mürəkkəbləşdirdi. Məlum oldu ki, eyni köçürmələri ödəmə terminalları və digər vasitələrlə yenə də etmək mümkündür, məşhur misaldakı kimi sadəcə yazı-pozu işi artdı”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*