Cibində peçenye gözləyən atanın dağıntılar altından çıxarılan oğluna QOVUŞMA ANI – VİDEObackend

Cibində peçenye gözləyən atanın dağıntılar altından çıxarılan oğluna QOVUŞMA ANI - VİDEO

Hatayda cibində peçenye ilə gözləyən atanın övladlarından biri saatlar sonra dağıntılar altından xilas edilib. Ata-oğul qovuşması anı ürək ağrıdıb.

KONKRET.az xəbər verir ki, fəlakətdən ən çox zərər çəkən yerlərdən biri olan Hatayda bir atanın ümidsizliyi ürəkləri dağlayıb. Dağıntılar altında qalan uşaqları və həyat yoldaşını çarəsizcə gözləyən ata uzadılmış mikrofona “Cibimdə peçenye var. Dünəndən yemək yeyə bilmirəm, övladıma verəcəkdim heç kim çıxmadı” sözləri hər kəsi kövrəltmişdi.

Günlər sonra ümidsiz ataya xoş xəbər gəldi. Ağrılı atanın dağıntılar altından çıxarılan oğluna qovuşduğu öyrənilib. O anların görüntüləri bu qədər ağrının içində insanları bir az olsa da güldürüb.

Türküstan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*