Çinin Tsinxay əyalətində 5,9 bal gücündə zəlzələ baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yerin 10 kilometr dərinliyində meydana gələn zəlzələnin episentri Dunxuan şəhərindən 270 kilometr cənub-şərqdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
