Çində vəhşi heyvan əti yeyənlər cərimələnəcəkbackend

Çində vəhşi heyvan əti yeyənlər cərimələnəcək

Çinin Huandonq əyalətində vəhşi heyvan əti yeyənlər cərimə ediləcək.

KONKRET.az xəbər verir ki, Çində koronavirusun yayılmasının qarşısının alınması üçün vəhşi heyvan əti ticarətinə qadağa qoyulub.

Bu qadağanı pozan Huandonq sakinləri cərimə ediləcəklər.

Qaydalar mayın 1-dən qüvvəyə minəcək, vəhşi heyvanları istehlak edənlər heyvanların və ya ət məhsullarının bazar dəyərinin maksimum 20 misli qədər cərimə olunacaq.

Qadağaya bəzi quşların və sürünənlərin, insanların sağlamlığına və ya ekoloji tarazlığa təhlükə yaradan heyvanların da aid olunduğu qeyd edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*