Bu gün Çin Xalq Respublikası yaranmasının 70-ci ildönümünü qeyd edərkən ölkədə kütləvi etirazlar yaşanıb.
KONKRET.AZ xarici mediaya istinadla xəbər verir ki, etirazlar zamanı Hong-Kong-da nümayişçilər polislə qarşı-qarşıya gəlib. Polislər Hong-Kong Xüsusi İnzibati Dairəsinə qarşı keçirilən etirazlara mane olduqca, nümayişlər daha da şiddətlənib.
Belə ki, təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında qarşıdurma davam etdikcə küçələr alovlar içərisində od tutub yanıb.
Məhz əlamətdar gün üçün əvvəlcədən hazırlıqlarını görən nümayişçilər polislərə molotof kokteyli atıb, polis isə onlara bibər qazı ilə müdaxilə edib. Daha sonra etirazçılar motosikletləri yandıraraq küçələrdə təhlükəli vəziyyət yaradıblar.



Hazırladı: Firuzə ALİMOVA
