“Ukrayna Prezidenti Volodimir Zelenski Qərbin qəhrəman kimi təqdim etdiyi “çirkli aktyor”dur, onun bəyanatlarına artıq heç kim inanmır”.
KONKRET.az xəbər verir ki, bunu “Fox News”un jurnalisti Kendi Oyens bildirib.
O, Ukrayna Prezidentinə amerikalı aktyor Şon Pennin bu ay ona hədiyyə etdiyi “Oskar” heykəlciyini geri qaytarmağı tövsiyə edib.
“Zelenski dünən ictimaiyyəti qəsdən çaşdırmaqla üçüncü dünya müharibəsini başlatmağa çalışdı. O, Qərb təbliğat şəbəkələri tərəfindən yalandan qəhrəman kimi qəbul edilən çirkli aktyordur”, – jurnalist tviterdə yazıb.
Qeyd edək ki, Zelenski Rusiyanı Polşanın şərqinə raket atmaqda ittiham edib.
İqbal Rzayev,
KONKRET.az
