Corca Meloni İtaliyanın ilk qadın Baş naziri oldubackend

Corca Meloni İtaliyanın ilk qadın Baş naziri oldu

45 yaşlı Corca Meloni İtaliyanın ilk qadın baş naziri olub.

KONKRET.az xəbər verir ki, bu barədə İtaliya Prezident Administrasiyasının baş katibi Hüqo Zampetti deyib .

“Prezident Corca Meloniyə hökumət qurmaq üçün mandat verdi, o da bunu qəbul etdi”, – deyə bildirib.

Belə ki, C.Meloninin sağ mərkəzçi “İtaliya qardaşları” partiyası təxminən 24,6% səs toplayıb.

Yeni hökumət oktyabrın 22-də and içəcək.

Qeyd edək ki, onun əsas rəqibi “Demokrat Partiyası” təxminən 19,4%, “5 Ulduz Hərəkatı” 16,5%, “Liqa partiyası” 8,5% və “İrəli İtaliya” 8% səs toplayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*