COVID-19-a yoluxanların sayı 21 milyonu keçdi – SON STATİSTİKAbackend

COVID-19-a yoluxanların sayı 21 milyonu keçdi - SON STATİSTİKA

Worldometer qlobal statistika saytına görə, dünyada təsdiqlənmiş koronavirus hallarının ümumi sayı 21 milyonu keçib.

KONKRET.az xəbər verir ki, avqustun 14-nə olan məlumata görə, dünyada 21,068,695 nəfərdə koronavirus aşkar edilib. 757 444 nəfər pandemiyanın qurbanı olub.

Təhlükəli infeksiyanın yayılması baxımından üç lider yenə də ABŞ, Braziliya və Hindistandır.

ABŞ-da 5.415.666 nəfərdə koronavirus təsdiqlənib. Ölənlərin sayı 170.415-dir.

İkinci yerdə 3,229,621 insanın COVID-19 diaqnozu qoyulduğu Braziliyadır. Ölənlərin sayı 105,564 nəfərdir.

Hindistan 2.459.613 yoluxmuş xəstə ilə üçüncü yeri tutur. COVID-19 ağırlaşmalarından 48 144 nəfər dünyasını dəyişib.

Əvvəllər ilk üçlükdə yer alan Rusiya dördüncü yerə enib. Bu ölkədə təsdiqlənmiş COVID-19-a yoluxma hallarının sayı 907 758, ölənlərin sayı 15 384-dür.

İlk onluğa daxil olan ölkələr arasında Cənubi Afrika, Peru, Meksika, Kolumbiya, Çili, İspaniya da var.

Babək Göyüş           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*