COVID-19-a yoluxanların sayı 9,9 milyonu da ötdü – ƏTRAFLIbackend

COVID-19-a yoluxanların sayı 9,9 milyonu da ötdü - ƏTRAFLI

COVID-19-a yoluxanların ümumi sayı 9 904 963-ə çatıb.

KONKRET.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Bildirilir ki, koronavirusun aşkarlandığı ölkələrdə pandemiya ərzində təhlükəli virusdan ölənlərin sayı 4 96 866 nəfərə yüksəlib. Bununla yanaşı, virusa yoluxmuş 5 357 840 pasiyent sağalıb.

Koronavirusa sayına görə əvvəlki kimi ABŞ liderdir. Birləşmiş Ştatlarda 2 552 956 insan COVID-19 xəstəsi kimi qeydə alınıb, ölənlərin sayı 127 640 nəfərə çatır.

Siyahıda ikinci yerdə Braziliya qərarlaşıb. Cənubi Amerika ölkəsində virusa 1 280 054 insan yoluxub, virusdan vəfat edənlərin sayı 56 109 nəfərə yüksəlib.

Qonşu Rusiya koronavirusun yayılması baxımından siyahıda üçüncü yerdədir. Bu ölkədə COVID-10-a 620 794 yoluxma qeydə alınıb, 8 781 nəfər ölüb. Hindistan da koronavirus pandemiya baxımından ən çox təhlükəli ölkələr siyahısında yer alıb. Cənubi Asiyanın bu ölkəsində 509 446 insan virus daşıyıcısı kimi qeydiyyata alınıb, 15 689 nəfər ölüb.

Böyük Britaniya pandemiya baxımından ən təhlükəli ölkələrin ilk beşliyinə daxildir. Birləşmiş Krallıqda COVID-19-a 309 360 yoluxma aşkarlanıb. 43 414 nəfər vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*