Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 peyvəndini ilk kimlərə tətbiq edəcəyini açıqlayıb.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qurumun səlahiyyətlisi Soumya Svaminatanın açıqlama verib.
Açıqlamaya görə, peyvənd ilk olaraq səhiyyə, mühafizə əməkdaşları, yüksək risk qrupuna aid olanlar və 65 yaşdan yuxarı şəxslər üzərində tətbiq ediləcək.
O qeyd edib ki, növbəti mərhələdə peyvənd yüksək yoluxma riski daşıyan ət fabriklərində çalışan, eləcə də həbsxanalardakı şəxslərə tətbiq ediləcək.
