“COVID-19 virusu bioloji silah kimi hazırlanmayıb” – ABŞ kəşfiyyatıbackend

“COVID-19 virusu bioloji silah kimi hazırlanmayıb” - ABŞ kəşfiyyatı

ABŞ Kəşfiyyat Birliyi koronavirusun mənşəyi ilə bağlı 90 gün davam edən araşdırmanı başa çatdırıb və ölkə prezidenti Co Baydenə məruzəsindən bəzi hissələri dərc edib.

Bu barədə KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir.

“ABŞ Kəşfiyyat Birliyi bir sıra əsas məsələlər üzrə geniş razılığa gələ bildi. Biz hesab edirik ki, virus (COVID-19) bioloji silah kimi hazırlanmayıb. Əksər qurumlar az əminliklə SARS-CoV-2-nin genetik mühəndisliyin köməyi hazırlanmadığına inanırlar”, – ABŞ Milli Kəşfiyyatının direktorunun ofisinin saytında dərc edilmiş məruzədə deyilir.

Daha əvvəl “Washington Post” qəzeti ABŞ kəşfiyyatının Prezident Co Baydenə COVID-19-un mənşəyi haqqında məruzə təqdim etdiyini, lakin məruzədə aydın nəticələrin olmadığını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*