“Çox ciddi nəticələri olacaq…” – Ankaradan Baydenə sərt xəbərdarlıqbackend

“Çox ciddi nəticələri olacaq...” – Ankaradan Baydenə sərt xəbərdarlıq

“ABŞ Prezidenti Co Baydenin qondarma erməni soyqırımı ilə bağlı açıqlamasının çox ciddi nəticələri olacaq”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Numan Kurtulmuş deyib.

“Baydenin qondarma erməni soyqırımı ilə bağlı açıqlaması qəbuledilməzdir. Bunun Türkiyə-ABŞ münasibətləri baxımından çox ciddi nəticələri olacaq. Türkiyə buna cavab olaraq, bir çox önəmli addım atacaq. Bayden bu açıqlaması ilə ABŞ-ı erməni lobbisinə əsir verdi”, – AKP rəsmisi qeyd edib.

Numan Kurtulmuş Amerika liderinin İstanbulla bağlı yer verdiyi ifadəyə də toxunub:

“Burada qondarma soyqırım qədər önəmli bir məsələ də Baydenin “Konstantinopol” kəliməsinə yer verməsidir. Cənab Bayden, artıq oyanın, artıq dünyada “Konstantinopol” adlanan yer yoxdur. Konstantinopol 1453-cü ildə İstanbul oldu. Dünya olduğu müddətə qədər də belə qalacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*