Çox sərt qərar: İsrail pasportu olan şəxslər ölkəyə buraxılmayacaqbackend

Çox sərt qərar: İsrail pasportu olan şəxslər ölkəyə buraxılmayacaq

Bir çox ölkə İsraildən üz döndərib. Belə ölkələrdən biri də turizm cənnəti olan Maldiv adalarıdır.

KONKRET.az xəbər verir ki, Maldiv adalarının verdiyi qərar indiyə qədər tətbiq edilən ən sərt qadağa oldu.

Dəbdəbəli kurortları və kristal təmiz dənizi ilə tanınan Maldiv prezidenti Məhəmməd Muizzunun ofisinin sözçüsü İsrail pasportlarına qadağa qoyulmasına qərar verildiyini açıqlayıb.

Əhalisinin əksəriyyəti müsəlman olan Maldiv adalarının lideri Muizzunun sözçüsü yeni qanunun nə vaxt qüvvəyə minəcəyi ilə bağlı təfərrüatları açıqlamayıb.

İsrail Xarici İşlər Nazirliyi buna cavab olaraq bazar günü İsrail vətəndaşlarına Maldiv adalarına səyahət etməməyi tövsiyə edib. Nazirlik bu tövsiyənin ikili vətəndaşlığı olan israilliləri də əhatə etdiyini bildirib.

Nazirlikdən verilən açıqlamada deyilir: “Hazırda ölkədə olan İsrail vətəndaşlarına hər hansı səbəbdən problem yaranarsa, onlara kömək etmək bizim üçün çətin olacaq”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*