Çoxmərtəbəli binada yanğın: 14 nəfər ÖLDÜbackend

Çoxmərtəbəli binada yanğın: 14 nəfər ÖLDÜ

Hindistanın Carkhand ştatının Dhanbad şəhərində 13 mərtəbəli binada yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Press Trust of India” agentliyi məlumat yayıb.

Bildirilib ki, yanvarın 31-də axşam saatlarında baş verən yanğında 10-u qadın, 3-ü uşaq olmaqla 14 nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb.

Yanğın zamanı binada olan 18 nəfər xilas edilib.

Yanğının səbəbləri araşdırılır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*